Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbycanlı qız İspaniya, İtaliya, Fransa və Rusiya kimi ölkələri TƏƏCÜBLƏNDİRDİ -FOTO

Tarix: 19-02-2018 14:47     Baxış: 21 512 A- / A+
Azərbycanlı qız İspaniya, İtaliya, Fransa və Rusiya kimi ölkələri TƏƏCÜBLƏNDİRDİ

Son illərdə özünün uğurlu fəaliyyəti ilə tanınan “Judo Club 2012” idman kulubunda bütün yaş qruplarının səmərəli məşq keçməsi üçün yaradılmış şərait və yüksək səviyyəli mütəxəssislərdən ibarət məşqçiləri heyətinin əzmkarlığı sevindirici nəticələr verir. İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında fevralın 17-18-də keçirilmiş Avropa kuboku yarışlarından da kluba xoş xəbər gəlib.

Manevr.az xəbər verir ki, yarışlarda Azərbaycan komandasına qızıl medalı “Judo Club 2012”-nin yetirməsi Vüsalə Kərimovanın qazandırıb. 44 kq çəki dərəcəsində tatami üzərinə çıxan yeniyetmə cüdoçumuz finala doğru inamla irəliləyərək, İspaniya, İtaliya, Fransa, Rusiya kimi zəngin cüdo ənənələri olan ölkələrin təmsilçilərinə qalib gəlib. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında isə Vüsalə italiyalı Silvio Draqonu məğlub edərək çempion adını qazanıb.

Onu da qeyd edək ki, Fuenqirola turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.
Avropa kuboku yarışları Azərbaycanın daha bir idmançısı - Mirağa Hacıyev (50 kq) üçün də uğurlu olub. O, yalnız finalda israilli Ariel Şulmana uduzaraq, gümüş medalla kifayətlənib.

“Judo Club 2012” idman kulubdan bildiriblər ki, on yeddi yaşlı Vüsalə Kərimova on ildən çoxdur ki, cüdo ilə məşğul olur, şəxsi məşqçisi Bəhlul Ağamalıyevdir. Son iki ildə bir neçə beynəlxalq yarışda iştirak edən idmançı ötən il Avropa Kuboku yarışlarında və Avropa çempionatında birinci yeri tutub, Macarıstanda keçirilən festivalın isə gümüş medalçısı olub.(Koordinat.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar