Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Basketbol Federasiyası iddialara cavab verdi

Tarix: 19-01-2025 20:17     Baxış: 3217 A- / A+
Azərbaycan Basketbol Federasiyası (ABF) XI turun oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən edilən etirazlarla əlaqədar açıqlama yayıb.
Manevr.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunların izlənilərək yenidən təhlil edildiyi bildirilib.
ABF-nin açıqlaması:
"XI turun geridə qalmış oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən Azərbaycan Basketbol Federasiyasına (ABF) etirazlar daxil olmuşdur. Bütün bu narazılıqlardan sonra federasiyanın idman direktoru Turqay Zeytingözün rəhbərliyi ilə turun yekunlaşmış oyunları Azərbaycan Basketbol Liqasının (ABL) mütəxəssis heyəti və hakimlər komitəsinin sədri Ələkbər Həsənovun iştirakı ilə birlikdə izlənilmiş və yenidən təhlil edilmişdir. Aparılmış təhlilin yekun nəticəsi olaraq isə oyunların birbaşa nəticəsinə təsir edəcək kobud səhvlərin olmaması və hakimlərin normal oyun standartında idarəçilik etməsi barədə qərar çıxarılmışdır. Sonda cənab Zeytingöz Azərbaycan Basketbol Federasiyası (ABF) adından çıxış edərək, verilmiş yekun qərardan sonra narazılığı davam etdirən hansısa klublar varsa, onlarla yenidən bir arada görüş təşkil edib və etirazlara səbəb olumuş epizodların birgə izlənilməsini söyləmişdir.

Qeyd edək ki, mövsümün yekunlaşmış iki dövrəsindən sonra ümumi olaraq oyunlarda hakim idarəçiliyi müsbət olaraq qiymətləndirilmiş və oyunların birbaşa nəticəsinə təsir edəcək ciddi səhvlərin olmaması təsdiq edilmişdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar