Xəbər lenti
Azərbaycan elminə ağır itki üz verdi

Manevr.az xəbər verir ki, Azərbaycanın tanınmış riyaziyyatçısı Cəlal Allahverdiyev bu gün vəfat edib. Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor C.Allahverdiyev 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cəlal Allahverdiyev 17 sentyabr 1929-cu il Şuşa şəhərində anadan olub.
1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə professor elmi adına layiq görülüb. Onun ən məşhur elmi nəticəsi "Allahverdiyev teoremi" adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınıb. apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























