Xəbər lenti
Xanım şirkət rəhbəri ölkədən qaçıb - onun barəsində həbs qərarı çıxarılıb
Avstraliyada yerləşən “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin (IGEC MMC) rəhbəri Ülviyyə Cəlilzadə axtarışa verilib. O, bir neçə nəfərə qarşı dələduzluq etməkdə ittiham edilir.
Ülviyyə Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq; təkrar törədildikdə), 178.2.4 (dələduzluq; xeyli miqdarda zərər vurmaqla törədildikdə) və 308.1-ci maddələri ilə cinayət işi açılıb.
Bildirək ki, Ülviyyə Cəlilzadə Bakı Şəhər sakinləri Telman Əmirovun 23 min dollar, Nərmin İbadullayevanın 12 min 200 dollar, Vüqar Seyidovun 3 min manat, Elvin Şirinovun 1700 dollar məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Zərərçəkmiş şəxslər pulları Ülviyyə Cəlilzadəyə Kanada və ABŞ-a təhsil almaq məqsədi ilə veriblər.
Belə ki, Cəlilzadə Kanada və ABŞ-da yerləşən universitet və kolleclərlə partnoyorluq müqavilələrinin olduğunu bildirib. O, həmin şəxslərə universitet və kolleclərdə təhsil almağa göndərəcəyini vəd edib.
Vədinə əməl etməyən Cəlilzadə həmin şəxslərin vəsaitini də geri qaytarmayıb. Adı çəkilən zərərçəkmişlərin şikayətinə əsasən Ülviyyə Cəlilzadə barəsində 2019-cu ilin oktyabr ayında Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.
İstintaq zamanı yuxarıda adı çəkilən şəxslər zərərçəkmiş kimi tanınıb, şahidlər dindirilib və digər zəruri istintaq tədbirləri görülüb.
İstintaq zamanı 1989-cu il təvəllüdlü Ülviyyə Cəlilzadə barəsində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb.
Lakin Ülviyyə Cəlilzadə ölkəni tərk edib. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qərarı çıxarılıb və axtarışa verilib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar