Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın kriminal aləmində qanlı hesablaşma…

Tarix: 28-03-2018 08:33     Baxış: 3268 A- / A+
Azərbaycanın kriminal aləmində qanlı hesablaşma…
O, günahkar hesab etdiyi adamdan intiqam almaq istəyirdi, lakin bu, ona öz həyatı bahasına başa gəldi. Martın 23-də Masallıda başlayan və ayın 24-də Bakıda ölümlə başa çatan silahlı insidentin ilkin təfərrüatı məlum olub. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Martın 24-ü axşam Bakının Nərimanov rayonu ərazisində Nərimanov Rayon Prokurorluğunun qarşı tərəfindəki mərasim evinin yaxınlığında (“Gənclik” metrostansiyasınını yaxınlığında), 1977-ci il təvəllüdlü Zaur Əliyev güllələnib. O, bir gün əvvəl Masallı rayonunda baş verən silahlı hücumda iştirak etməkdə şübhəli bilinir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Nərimanov rayonunda təqib ediblər və yaxalanan zaman öldürüblər.
Martın 24-ü axşamı öldürülən Zaur Əliyev əvvəllər dəfələrlə məhkum edilmiş təhlükəli narkoman olub. Bu hadisə baş verəndən bir sutka əvvəl Masallı rayonunda Qızılavar kəndinin sakini, 1953-cü il təvəllüdlü Ağaəddin Nuru oğlu Ağayev odlu silahla ağır yaralanıb. Ona Zaur Əliyev hücum edib. Ağayevin bədənində 7 güllə yarası aşkarlanıb. Kişi indiyədək Masallı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ağır vəziyyətdədir.
Bu arada Ağayevə qarşı silahlı basqının səbəbləri məlum olub. Araşdırma zamanı məlum olub ki, əvvəllər Rusiyada dəfələrlə məhkum olunmuş Zaur Əliyev Ağayevdən oğlunun yerini ona deməyi tələb edib.

İlkin məlumatlara görə, Əliyev Ağayevin oğlunu qısqanclıq zəminində, ailəsinin şərəf və ləyaqətini qorumaq üçün axtarırmış. Məqsədi “rüsvayçılığı qanla yumaq” olub. Lakin Əliyev oğul Ağayevin harada gizləndiyini bilmirmiş.

Bu səbəbdən də “Makarov” markalı tapança ilə silahlanmış Əliyev “Mercedes” markalı avtomobilinə minərək ata Ağayevi yolda haqlayıb. Cani kişiyə dəfələrlə atəş açıb. Lakin oğlunun harada olduğuna dair özünə lazım olan informasiyanı ala bilməyib. Cinayəti törətdikdən sonra Əliyev qaçaraq gizlənib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşları Əliyevin izinə düşüblər. Onların birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyevin paytaxtın Nərimanov rayonu ərazisində gizləndiyini müəyyən ediblər. Əməliyyatçılar ondan təslim olmağı tələb ediblər. Lakin Əliyev təslim olmaq əvəzinə silahlı müqavimət göstərib.

O, Nərimanov Rayon Prokurorluğunun binası qarşısında polislərə atəş açmağa başlayıb və bu zaman öldürülüb. Üzərindən 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron, gizləndiyi mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.

“Əliyev təhlükəli narkoman olub. Öz cəsarətli addımları ilə fərqlənirdi və “oğru” qanunları ilə yaşayırdı. O, bütün cəza müddətlərini Rusiya həbsxanalarında keçirib və etnik kriminal qruplaşmalara qoşulub. O bilirdi ki, dəmir barmaqlıqlar arasında narkotik çatışmazlığından əziyyət çəkəcək və bədənindəki dəhşətli ağrılar ona işgəncə verəcək. Ona görə də təslim olmamaq qərarına gəlib və polisi onu öldürməyə təhrik edib” — deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Hazırda AR Baş Prokurorluğunda faktla bağlı araşdırma aparılır.minval.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar