Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məmur qızını başqa oğlanla görüb nişanını qaytardı, pulunu da alıb... – Bakıda OLAY

Tarix: 12-03-2018 12:28     Baxış: 3614 A- / A+
Məmur qızını başqa oğlanla görüb nişanını qaytardı, pulunu da alıb... – Bakıda OLAY

Bakıda məmura və onun həyat yoldaşına külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ayaz Məhərrəmov 5 il müddətin azadlıqdan məhrum edilib.

Məhkəmə onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirini ləğv edib və o, məhkəmə zalında qandallanıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb.

Fərqanə Babayeva və Ramin Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat veriblər. Azadi Paşayev pulu götürüb, Türkiyəyə qaçıb. Ayaz Məhərrəmov iş üzrə məsuliyyətə cəlb olunub.

Ayaz Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Məlum olub ki, Ayaz Məhərrəmovla Azadi Paşayev dost olub. Azadi Paşayev isə Babayevlərin qızını oğluna nişanlayıb. Bundan sonra Ayaz Məhərrəmov həmin qızı başqa oğlanla görüb və bunu dostuna deyib. Bunu eşidən Azadi Paşayev də nişanı geri qaytarıb.

Qeyd edək ki, Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar