Xəbər lenti
Azərbaycanda 6 yaşlı qızın dəhşətli qətli - Atam ondan ayaqlarından öpməsini istədi
6 yaşlı Ramilə Abdulxalıqovanın qətlinin əməliyyat çəkilişindən olan görüntüləri yayılıb.
Anasının sevgilisi tərəfindən işgəncələrə məruz qalaraq, qətlə yetirilən qızın başına gətirilənləri hadisənin azyaşlı şahidi Həcər Hacıyeva danışıb. Cinayətkar Elnur Hacıyevin qızı olan Həcər atasının 6 yaşlı Ramiləyə anası evdə olmadığı zamanlar işgəncə verdiyini, alçaltdığını bildirib.
"Atam ondan ayaqlarından öpməsini tələb edirdi. Həmin gün atam Ramiləni təpikləyərək döydü, daha sonra isə qulaqlarından tutub divara çırpmağa başladı. Qız huşunu itirmişdi. Atama onu döyməməsi üçün yalvardım. Atam isə onu şeytan adlandırdı. Onun oyanması üçün siqareti qarnına basdı. Lakin Ramilə oyanmadı. Sonra bildik ki, o ölüb".
Qeyd edək ki, hadisə 2016-cı ilin yayında Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib. Saxlanılan şəxsin azyaşlının anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.goldnews.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar