Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabirabadda həkim səhlənkarlığı –Tənzif bağırsaqda unudulub + Video

Tarix: 04-02-2018 19:38     Baxış: 2421 A- / A+
Sabirabadda həkim səhlənkarlığı –Tənzif bağırsaqda unudulub + Video

Sabirabadda əməliyyat zamanı səhlənkarlıq baş verib.

Bir il əvvəl əməliyyat edilən xəstənin bədənindən yad cisim çıxıb.

Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli son günlər qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb.

Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib.

Qadını bir il əvvəl əməliyyat edən həkim Şahin Cəfərov isə tənzifin tibb bacılarından biri tərəfindən unudula biləcəyini istisna etməyib:

“Əməliyyatdan sonra tənzif bir-bir sayılır. İndi mən bilmirəm ki, həmin gün hansı tibb bacısı işləyib. Əgər belə bir hal baş verisə, görək hansı tibb bacısının növbəsində olub”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq.xezerxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar