Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda intihara cəhd: Ya mənimlə sevgili ol, ya da...

Tarix: 30-11-2017 10:58     Baxış: 4417 A- / A+
Sumqayıtda intihara cəhd: Ya mənimlə sevgili ol, ya da...
Sumqayıt şəhərində 22 yaşlı oğlan sevdiyi qıza görə özünü öldürmək istəyib.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Tağıyev qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən iki bıçaq xəsarəti alan Elxan Həmidli əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Elxan Həmidli noyabrın 28-də günorta saatlarında sevdiyi qızla mübahisə edib. Qız Elxanı sevmədiyini, onunla ailə qurmaq istəmədiyini deyib.

Elxan Həmidli də bildirib ki, əgər onunla sevgili olmasa, özünü öldürəcək. Qız hədələrə əhəmiyyət verməyib. Evə gələn Elxan bıçaqla özünə xəsarət yetirib. Ailə üzvləri onu qan içində aşkarlayıb və təcili xəstəxanaya çatdırıblar.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar