Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

5 yaşlı qızını öldürən qadın: "Anam dedi uşaqsız gəl"

Tarix: 01-11-2017 13:33     Baxış: 4376 A- / A+
5 yaşlı qızını öldürən qadın: "Anam dedi uşaqsız gəl"
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda Gülnarə Saypullayeva ifadə verib. Bildirib ki, anası ona zəng edərək bacısının xəstə olduğunu deyib və onlara gəlməsini xahiş edib: "Mənə dedi ki, uşağı gətirmə. Mən stolun üstünə süd qoymuşdum. Özüm isə bayırda idim. Gəldim ki, uşaq onu içib. Mən onu öldürmək istəmirdim, bir uşağım var idi. Mən özümü zəhərləmək istəyirdim, uşağı yox. Zəhəri hazırlayıb qoydum stolun üstünə, bayıra çıxdım. Mən gələndə artıq onu içmişdi”.
Prosesdə sənədlər tədqiq edilib, ekspertiza rəyi açıqlanıb. Rəydə bildirilib ki, uşaq zəhərlənmədən ölüb, G. Saypullayeva isə bunu anlaqlı vəziyyətdə edib.
Prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Prokuror çıxış etmək üçün vaxt istəyib.
İclas noyabrın 8-də davam edəcək.
Qeyd edək ki, bu il iyunun 14-də Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar