Xəbər lenti
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan açıqlama
Manevr.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, hadisənin açıq kanalizasiya quyusu ilə əlaqələndirilməsi həqiqətə uyğun deyil. Hacıqabul rayonunda kanalizasiya şəbəkəsi mövcud olmadığından hadisə yerində açıq kanalizasiya quyusunun olması barədə iddia faktiki vəziyyətlə uzlaşmır.
İlkin araşdırmaya əsasən, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik arxın bir hissəsində baş verib. Bu tip arxların dərinliyi adətən 15–20 santimetr təşkil edir. Həmin arxın kanalizasiya infrastrukturu ilə əlaqəsi yoxdur.
İlkin məlumatlara görə, mərhumun səhhətində problemlər olub. Onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi ehtimalı istisna edilmir. Ölümün dəqiq səbəbi müvafiq araşdırmanın və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.
Qeyd edək ki, mediada 1981-ci il təvəllüdlü Şirvan sakini Namiq Babayevin Hacıqabul şəhərində kanalizasiya quyusuna düşərək həyatını itirdiyi barədə məlumat yayılmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























