Xəbər lenti
37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
Ağcabədidə kişi arvadını döyüb.
22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Zərərçəkən N. Bağırovanın sözlərinə görə isə dəfələrlə əri onu döydüyü üçün Səxavətdən şikayət edib. Son hadisədən bir gün əvvəl Səxavətin anası ilə mübahisə ediblər. Növbəti gün isə Səxavətlə münasibətləri gərginləşib. Mübahisə zamanı qucağında uşaq olsa da, əri onu döyüb. Hətta yerə yıxaraq, boynuna da xəsarətlər yetirib. Zərərçəkən bildirib ki, həmin hadisədən sonra Ağdama gedərək valideynlərinin yanında yaşayıb. O, ilkin izahatında Səxavət Bağırovla bağlı tədbir görülməsini istəyib.
Lakin sonradan ər-arvad ikisi də məhkəməyə ərizə ilə müraciət edərək, artıq bir yerdə yaşadıqlarını və barışdıqlarını bildiriblər. Zərərçəkənin şikayəti əsasında S. Bağırov barəsində protokol tərtib edən orqanın nümayəndəsinin sözlərinə görə, bu il ərzində Bağırovlar ailəsində 3-cü dəfədir ki, ər arvadını döyür. Hər dəfə onları barışdırmağa nail olsalar da, sonuncu dəfə mümkün olmayıb.Məhkəmənin qərarı ilə S. Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































