Xəbər lenti
Lənkəranskinin ölümündə yeni detallar: sirr açılır - o gecə...
Publika.az xəbər verir ki, Lənkəranskinin ölümü ilə bağlı Rusiya təhlükəsizlik qüvvələrinin əməkdaşı "Rosbalt” agentliyinə açıqlama verib. Onun sözlərinə görə, Rövşənin qətli qisas xarakterli olub.
O deyib ki, "Kabus" ləqəbli Lənkəranski "Ded Hasan" ləqəbli Aslan Usoyanın ölümündə şübhəli bilinirdi. Rusiaya mafiyasının əsas simalarından olan "Ded Hasan"ın ölümü ilə yeraltı dünyada qarışıqlıq yaranıb. Mafiya başçıları "Ded Hasan"ın ölümündə Rövşən Lənkəranskini günahlandlırdıqlarına görə, o, Rövşən Əliyev pasportu ilə Türkiyəyə gələrək İstanbulda məskunlaşıb.
Agentliyin iddiasına görə, Lənkəranski öldürüldüyü gecə tabeçiliyində olan mafiya üzvləri ilə görüşüb. Onların arasında "Çipa" ləqəbli Teymur və Dato Çuradze də olub. Görüşdən sonra şəxsi avtomobili ilə oteldən ayrılan Lənkəranski qətlə yetirilib.
"Rosbalt” xəbər agentliyinə görə, sui-qəsdin arxasında Laşi Şuşanaşvili, Yuri Piçuqin, Vasili Xristoforov və Nadir Səlifov (Lotu Quli) adlı mafiya üzvləri var. Bu şəxslərin sui-qəsd üçün Türkiyədə kürd silahlılarına vəsait ödədiyi bildirilir.
Hüquq mühafizə orqanları Lənkəranskinin qətlini Başakşehirdə öldürülən azərbaycanlı iş adamı Əli Həmidov cinayətinin qisası ola biləcəyini də istisna etmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar