Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rauf Arifoğlunun qardaşı da Müsavatdan istefa verdi

Tarix: 02-08-2016 15:37     Baxış: 1549 A- / A+
 Rauf Arifoğlunun qardaşı da Müsavatdan istefa verdi


"Yeni Müsavat" qəzeti baş redaktorunun I müavini Azər Ayxan Müsavat Partiyasının sıralarından istefa verdiyini bəyan edib. Jurnalist bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O, istefasının səbəbini aşağıdakı kimi əsaslandırıb:

"Müsavat partiyasının rəhbəri Arif Hacılı son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə dediyi təhqiramiz sözlərə, heç bir fakta əsaslanmayan ifadələrə, iftira və böhtanlara görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum Müsavat partiyasındakı fəaliyyətimi dayandırıram.

A.Hacılının bu çirkin mövqeyi təkcə R.Arifoğluna qarşı yönəlməyib. O, bu sözləri, böhtan və təhqirləri həm də avtomatik olaraq Rauf bəyin rəhbərlik etdiyi "Yeni Müsavat" media qrupunda çalışan onlarla tanınan imzaya, jurnalist kollektivinə yönəlib. Ən dəhşətlisi isə odur ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi. Belə bir düşüncə daşıyıcısının rəhbər olduğu partiyada qalmaq, fəaliyyət göstərmək əslində demokratiyaya, söz və mətbuat azadlığına, prinsiplərə hörmətsizlik olardı"
.

Qeyd edək ki, bu gün eyni motivlərlə qəzetin digər əməkdaşları - Ələsgər Süleymanov, Elşad Paşasoy və Etibar Seyidağa da partiyadan çıxdıqlarını bildiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar