Xəbər lenti
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi Xocalı faciəsi ilə bağlı tədbir keçirib- ŞƏKİLLƏR
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Manevr.az xəbər verir ki, anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvləri, Kəlbəcər rayon 23 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə faciə zamanı həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Xocalı facisəinin ermənilər və onların havadarları tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olduğunu bildirib.
O, qeyd edib ki, bu faciəyə hüquqi-siyasi qiymət xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolundan bəhs edən natiq onu da vurğulayıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası həyata keçirilir.
Sonra 23 saylı məktəbin direktoru Həqiqət Şükürova, məktəbin dil-ədəbiyyat müəllimi Sakibə xanım və başqaları çıxış edərək öz fikirlərini bölüşüblər, şagirdlərin vətənpərvər ruhda böyüməsi baxımından bu kimi tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
Sonda tədbirdə iştirak edən məktəblilər tərəfindən Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar