Xəbər lenti
MSK jurnalistin şikayətini təmin etmədi
MSK-nın iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə namizəd Aygün Süleymanlının (jurnalist Aygün Muradxanlı) şikayətinə baxılıb.
Manevr.az xəbər verir ki, MSK üzvü İlham Məmmədov bildirib ki, ərizəçi şikayətində seçki dairəsi üzrə nəticələrin ləğvini xahiş edib.
Onun sözlərinə görə, bir neçə məntəqə istisna olmaqla, digər məntəqələr üzrə qanun pozuntuları barədə şikayət təsdiqini tapmayıb və bu pozuntular da həmin məntəqələrdə nəticələrin ləğvinə əsas vermir.
İclasda iştirak edən Aygün Süleymanlı bununla razılaşmadığını bildirib. O qeyd edib ki, sosial şəbəkələrə həmin seçki dairəsi üzrə seçki pozuntularına dair videolar yerləşdirib.
Ancaq MSK sədri Məzahir Pənahov bildirib ki, sosial şəbəkədə bu seçki dairəsi üzrə cəmi iki video yerləşdirilib. Bunlar 12 və 13 saylı seçki məntəqələri ilə bağlıdır: "Namizəd razılaşmadığı məqamlarla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Şikayətə təqdim olunan əlavələr yekun protokola daxil ediləcək".
Müzakirələrdən sonra şikayət əsassız sayıldığından təmin edilməyib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar