Sizin Reklam Burada
Xəbər lenti
28-01-2025
27-01-2025
BÜTÜN XƏBƏRLƏR

Koronavirus sözü Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb

Tarix: 21-02-2020 12:33     Baxış: 3184 A- / A+
Koronavirus sözü Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb

"Son günlər dünyada tüğyan edən yeni növ virusun - koronavirusun yayılması dilimizdə bu sözün istifadəsini artırıb".

Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, koronavirus Azərbaycan dilinə yeni daxil olan söz olduğuna görə yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əlavə olunub:

"Koronovirus beynəlxalq ad və beynəlmiləl söz olduğuna görə biz bunu öz dilimizə tərcümə edə bilmədik. Çünki bu söz dünyada olduğu kimi qəbul edilib. Artıq koronavirus iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni lüğətimizə də salınıb. Sadəcə olaraq, lüğətdə məna qeyd olunmadığına görə bu adın da mənası qeyd olunmayacaq".

M.Nağısoylu xatırladıb ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar