Xəbər lenti
Düşmən təxribatı nəticəsində ölən mülki şəxs kimdir? -Şəkil
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən təxribatı olub.
2019-cu ilin 2 oktyabr tarixində saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu aldığı güllə yarasından həyatını itirib.
Manevr.az azvision.az -a istinadən xəbər verir ki, düşmən təxribatı nəticəsində həlak olan mülki şəxs Səfərəli Abışov bu ilin aprel ayında sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar