Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədov haqda danışdı: “Bu adam Əli Kərimlinin yanında duranda…”

Tarix: 26-09-2019 18:20     Baxış: 4865 A- / A+
Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədov haqda danışdı: “Bu adam Əli Kərimlinin yanında duranda…”

ADP sədri: “Siyasi baxımdan heç bir qardaşlığımız yoxdur. O, mənə mane ola bilməz”
“Qurban Məmmədov Azərbaycanda olanda bir dəfə də olsun, mənim maraqlarımı müdafiə etməyib”.

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu TV Musavatın efirində canlı yayımlanan “Canlı debat” verilişində “AzeriFreedom” kanalının rəhbəri, qardaşı Qurban Məmmədovla bağlı verilən oxucu sualına cavabda deyib.

Oxucunun “Qurban Məmmədovun fəaliyyəti sizə mane olurmu” sualına cavabda S.Cəlaloğlu bildirib ki, Q.Məmmədov Azərbaycanı tərk etməmişdən qabaq uzun illər Azərbaycan siyasətində olub, Əbülfəz Elçibəyin zamanında xalq hərəkatında iştirak edib, Elçibəyin müavini, partiyanın təşkilati məsələlər üzrə rəhbəri olub: “O zaman Azərbaycan Demokrat Partiyası var idi. 1993-cü ildə AXCP-dən çıxıb, ADP-yə gəlib. 1998-ci ildə bizim partiyanı da tərk edib. Azərbaycanda gedən ictimai-siyasi proseslərdə ya Əli Kərimlinin, ya da Etibar Məmmədovun yanında olub. Mən də prezidentliyə namizədliyimi vermişəm. Amma heç vaxt mənim namizədliyimi müdafiə etməyib. Özünün dediyinə görə, Əli Kərimliyə həm maliyyə dəstəyi verib, həm də Milli Şuranın ən qatı fəallarından olub. Nə qədər adamı da ora cəlb edib və başqa nə qədər adamın maliyyə dəstəyi verməsinə də şərait yaradıb. Eləcə də 2003-cü ildə bu adam birmənalı şəkildə Etibar Məmmədovu özünün prezidenti hesab edirdi, mənsə İsa Qəmbəri müdafiə edirdim. Yəni, Qurban Məmmədov Azərbaycanda olanda bir dəfə də olsun, bizim yollarımız kəsişməyib, mənim maraqlarımı müdafiə etməyib, qısa müddət istisna olmaqla, mənə dəstək verməyib. İndi xeyir ola, bu adam gedib xaricə, gecə-gündüz deyirlər ki, Qurban Məmmədov qardaşındır, ona görə cavab ver və sair. Bəs, bu adam Əli Kərimlinin yanında duranda niyə demirdiz ki, sən Sərdar Cəlaloğlunun qardaşısan, niyə onun yanında dayanmırsan? Ya da Etibar Məmmədovun prezidentliyi uğrunda mübarizə aparanda demirdiz ki, get Sərdar Cəlaloğlunun prezidentliyi uğrunda mübarizə apar. Belə çıxır ki, xeyri olanda bu, mənim qardaşım deyil. Amma ziyanı olanda qardaşımdır?”

S.Cəlaloğlu bildirib ki, 3 dəfə Q.Məmmədovun efirinə çıxıb və orada “Qurani Kərim”i izah etməyə çalışıb: “Biz eyni anadan, atadan olan qardaşlarıq. Amma siyasi baxımdan bizim heç bir qardaşlığımız yoxdur. Əqidə birliyimiz yoxdur. Fərqli adamlarıq. Bir müddət bizim partiyada olub. Amma partiyada olduğu zaman bizim ideologiyamızı tam bölüşməyib. Ona görə də tez-tez aramızda konfliktlər olub. Sonra Milli Şuraya, daha sonra Etibar Məmmədovun yanına gedib”.

“Özümdən başqa mənə heç kim mane ola bilməz” deyən S.Cəlaloğlu qardaşının da ona hansısa formada mane olmadığını bildirib: “Fikirlərimi vicdanım qarşısında, Quranın prinsipləri, ölkənin qanunları, elmi səviyyədə müdafiə etmişəm, hər zaman. O ki qaldı, Qurban Məmmədovun hakimiyyətə işləməsi ilə bağlı verilən oxucu sualına, bəzi adamların fəaliyyəti, mövqeyi hakimiyyətin maraqlarına uyğun olduğu üçün onlar hakimiyyətə işləməsələr də, elə yanlış hərəkət edə bilərlər və ya elə yanlış söz deyə bilərlər ki, hökumət ondan bəhrələnsin. Azərbaycan müxalifətinin bəzi nümayəndələri haqda ona görə “hakimiyyətə işləyir” təəssüratı formalaşır ki, onların bəzi addımları, hərəkətləri bunu təsdiqləyir. Məsələn, Qurban Məmmədov efirdən çıxıb, müxalifət liderlərini tənqid, bəzənsə təhqir edir. O, öz aləmində fikirləşir ki, obyektivlik naminə iqtidarı söyürsə, müxalifəti də söyməlidir. Özü də yeni hərəkat yaradır. Yenilik yaratmaq üçün hər iki tərəfə eyni münasibəti göstərməlidir. Onda camaat düşünür ki, bu adam hökumətə işləyir. Halbuki Qurban Məmmədov yeni güc ortaya çıxarmaq üçün həm bizi söyür, həm də hökuməti...”

S.Cəlaloğlu həmçinin dedi ki, Azərbaycanda bəzi adamların siyasi iqtidara işləməsi məsələsi müxalifətin daxilində gedən mübarizənin predmetlərindən biridir. Onun sözlərinə görə, kimsə hansısa siyasətçinin ağlı, fikirləri, siyasi gedişləri haqda tənqidi bir söz deyə bilməyəndə onun hökumətə işləməsi ilə bağlı ittiham səsləndirir: “Əslində bu fikirlərin yayılması da xalqı müxalifətdən ayırmaq üçün hökumətin apardığı siyasətdir. Bu cür söz-söhbətləri çıxaranlar hökumətin adamlarıdır. İnsanların içinə müxalifətlə bağlı şübhə toxumunu səpub, cücərməsini gözləyirlər"musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar