Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İntihar etsəm, hamı məndən yazacaq" - Seksual məzmunlu paylaşımların mənfi TƏSİRİ

Tarix: 02-08-2019 13:47     Baxış: 3223 A- / A+
"İntihar etsəm, hamı məndən yazacaq" - Seksual məzmunlu paylaşımların mənfi TƏSİRİ


Mətbuatda intihar halları ilə mübarizə aparmaq məqsədilə yazılan yazılar əks-təsir də göstərə bilər.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında psixoloq Təranə Kazımlı deyib.

O qeyd edib ki, internetdən asılılıq, seksual məzmunlu paylaşımlar və bu qəbildən olan informasiyalar gənclərin psixologiyasına mənfi təsir göstərir:

"Bu gün internet, sosial şəbəkələr həm də əsas problemlərdən birinə çevrilib. İntihar hallarına sosial şəbəkələrdə müzakirə edilən mövzuların da təsiri var. Əvvəl yeniyetməlik dövrü 13-15 yaşlarında başlayırdısa, bu gün bu dövr qızlarda 9-10, oğlanlarda isə 10-11 yaşlarına qədər enib. Buna səbəb hormonal dəyişikliklərin daha erkən başlamasıdır.

Ətraf mühitdə baş verən dəyişikliklərin onlara psixoloji təsiri də məsələnin digər tərəfidir. Təbii, biz deyə bilmərik ki, bu, bütün yeniyetmələrə eyni cür təsir göstərir. Lakin təəssüf ki, böyük əksəriyyətin psixoloji cəhətdən zəif olduğunu görürük".

Psixoloq bildirib ki, mətbuatda intihar, təcavüz halları ilə mübarizə aparmaq məqsədilə yazılan yazılar bəzən 25-30 faiz əks-təsir göstərə bilir:

"Bəzən bu xəbərləri oxuyan gənclər diqqət çəkmək üçün intihara cəhd edirlər. Onlar xəbərləri oxuyur və sağlam analiz edə bilmədikləri üçün "mən intihara cəhd etsəm, hamı məndən yazacaq" düşüncəsi ilə də bu addımı atırlar.

İntihara cəhdin başqa bir səbəbi ailələrdə uşaqlara sevgi və qayğının kifayət qədər olmamasıdır. Xüsusilə də təhsil sistemində uşaqların stress keçirməsini anlamaq lazımdır. Bizdə isə valideynlər aşağı qiymət alan şagirdləri, tələbələri kəskin şəkildə tənqid etməklə özləri də bilmədən, istəmədən onlara psixoloji təzyiq göstərirlər".

T.Kazımlı onu da bildirib ki, sakit və özünə qapanan uşaqlarda depressiya halları daha çox müşahidə edilir:

"Valideynlər bəzən sakit uşaqlarla müqayisədə aktiv uşaqlara daha çox diqqət ayırırlar. Əslində isə bu, düzgün yanaşma deyil. Bu sakitlik həmin uşaqları intihara da sürükləyə bilər. Bəzən 5-6-cı sinif şagirdlərində özünəqapanma sindromu olur. Belə uşaqları evdən çıxarmaq, harasa gəzməyə aparmaq mümkün olmur. Onlar ancaq evdə və sakit bir yerdə qalmaq istəyirlər. Bu isə çox təhlükəlidir. Valideynlərdən xahişim budur ki, belə məqamlara həssas yanaşsınlar. Əks halda, intiharların sayı arta bilər".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar