Xəbər lenti
Xədicə İsmayılın məhkəməsi təxirə salındı - vəkildən imtina etdi
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyulması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, prosesdə şikayət üzrə məhkəmənin ilkin baxışı keçirilib və X.İsmayıl dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etməsi barədə ərizə təqdim edib. Məhkəmə ərizəni təmin edib.
İş üzrə məhkəmə prosesi avqustun 15-ə təyin olunub.
Xatırladaq ki, X.İsmayıl şərti həbs cəzası müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.
X.İsmayıl 2014-cü ilin dekabrında həbs edilərək Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar