Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Dedilər ki, get Gülənin yanına, sənə sponsorluq edər” - Əbdül Mahmudbəyov

Tarix: 13-08-2016 16:42     Baxış: 3491 A- / A+



“Tünzalə Ağayeva ilə Azərini sözləri Fətullah Gülənə məxsus mahnını oxuduqlarına görə ittiham eləmək yol verilməzdir”.

“Dedilər ki, get Gülənin yanına, sənə sponsorluq edər”

Bunu AzNews.az-a Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Azərbaycanın tanınmış müğənnilərinin Fətullah Gülənin mahnılarını ifa etməsinə münasibət bildirərkən deyib.


Ə.Mahmudbəyov qeyd edib ki, hər iki müğənninin siyasətlə məşğul olmadığı açıq-aşkar görünür: “İndi biz Tünzalə Ağayeva ilə Azərini güllələyək? Bu ittihamlar böyük bir qəbahət və günahdır. Nə vaxtsa hansısa bir mahnı oxuyub deyə yenidən gündəmə gətirib, onları topa-tüfəngə tutmaq yolverilməzdir”.

Ə.Mahmudbəyovun fikrincə, hər iki Azərbaycan sənətçisi Türkiyədə özlərinə karyera qurmaq üçün F.Gülənin mahnıları oxuyub: “Mən o vaxt türk dünyası haqqında TRT-də silsilə layihələr hazırlamaq istəyirdim. Həmin vaxt sponsor tapa bilmədim. Mənə həm Azərbaycan, həm də Türkiyənin yüksək şəxsləri dedi ki, “ay kişi, bu dəqiqə bütün türk dünyası Gülənin başına yığılıb. Fətullag institutlar açıb böyük mədəniyyətlərə milyonlar xərcləyir. Get onun yanına, sənin üçün studiya açar”. Dedim ki, kimsə bir işə pul xərcləyirsə, mütləq qarşılığını umur, nəsə şərt qoyur. Böyük bir mədəniyyəti kimlərinsə şərti altında özəlləşdirə bilmərəm. Azərbaycan müğənnilərinin Gülənin mahnılarını oxumasına gəlincə, o yazıq müğənnilər nə bilsin ki, Gülənin arxasında nə dayanıb? Onların söz və musiqi xoşlarına gəlib və türk mədəniyyətinə xidmət eləmək məqsədi ilə ifa ediblər. Sənət adamları gündəmdə olmaq, sevilmək üçün xoşagəlimli mahnılar oxuyur”.

Qeyd edək ki, Azərbaycanın tanınmış müğənnilərindən olan Azərinin və Tünzalə Ağayevanın adı Fətullah Gülənə yaxın olmaqda hallanır. Belə ki, Azərin 2012-ci ildə Türkiyədə “Saman yolu” televiziyasının 20 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə sözləri Fəthullah Gülənə, musiqisi Ertugrul Erkişiyə aid "Dünya", Əməkdar artist Tünzalə Ağayeva isə “Ona gedən yol” adlı konsertində Fətullah Gülənin sözlərinə bəstələnmiş "Gullerin Efendisi" adlı mahnılarını ifa edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar