Xəbər lenti
Turistlərin pullarını kazinoda uduzan şəxslər saxlanılıb

Azərbaycanlı turistləri Batumidə aldadaraq çətin vəziyyətə qoyan turizm şirkətlərinin əməkdaşları yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə Trend-ə adının açıqlanmasını istəməyən zərərçəkənlərdən biri məlumat verib. O qeyd edib ki, aldadılan 50 turistdən 2-si yol xərclərini özləri ödəyərək Azərbaycana qayıdıblar.
“İnTravel” şirkətindən Trend-ə verilən məlumata görə isə, həmin iki şəxs Batumiyə səfər üçün onlara mürciət edib. Şirkət öz növbəsində həmin tursitləri "Ray travel" və "Altur" turizm şirkətlərinə yönəldib. Lakin “İnTravel” şirkətindən bildiriblər ki, həmin iki turistə Azərbaycana qayıtdıqdan sonra təzminat ödəniləcək.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıblar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar