Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Tahir Süleymanov iddiaları cavablandırdı - "Adamın evi olar da..."

Tarix: 12-08-2016 13:47     Baxış: 3510 A- / A+
Deputat Tahir Süleymanov iddiaları cavablandırdı

"Məni bütün el-oba tanıyır. Siyəzəndə deyildim, dünən axşam gəlmişəm. Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar da... Mənin 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb çəkirsən?"

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

O, Siyəzən rayonunda yerləşən evinin yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması barədə iddialara da münasibət bildirib: "Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir mənim başım çıxmır?! İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay bala kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan? Sən "azan xoşuna gəlmir, azanı susdurub" deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır?".

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş Tahir Süleymanov ailə üzvlərinin də inanclı olduğunu vurğulayıb: "Rayonda ən inanclı ailələrdən biri mənim ailəmdir, biz namaz qılan adamlarıq. Bu videonu çəkən adam nə danışır?! Biz insanlara xidmət edirik".

O, barəsində hazırlanan materialın sifariş olduğunu deyib: "Təbii ki, bu, sifarişdir. Başqa nə ola bilər ki!? Kimə istinadla deyə bilərlər ki, mənim azan səsindən xoşum gəlmir. Elə bir müsəlman ola bilərmi ki, azan səsi xoşuna gəlməsin? Bizim muğamımız da, "Quran"ımız da azandan əmələ gəlib. Azandan kimin xoşu gəlməyə bilər?! İnsan qələmi əlinə alıb yazanda bu dərəcə vicdansızlıq edərmi, bu dərəcədə vicdansızlıq ola bilərmi?! Necə ola bilər ki, bizim evin yanındakı məsciddə azan verilməsin? Məsciddə bir dəqiqə də azanla bağlı problem olmayıb, vaxtlı-vaxtında azan verilir, insanlar azan səsinə durub namaz qılırlar".

Deputat onunla bağlı videomaterial hazırlayan Mehman Hüseynovu məhkəməyə verməyəcəyini də deyib: "Bəziləri mənə məsləhət gördü ki, onu məhkəməyə verim. Mən də dedim ki, adam gərək məhkəmədə vicdanlı biri ilə üz-üzə dursun".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar