Xəbər lenti
Generalın oğlu nazirlikdəki vəzifəsindən çıxdı

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri vəzifəsindən çıxıb
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri İlham Nağıyev vəzifəsindən gedib. Nazirlikdən verilən məlumata görə, onun məzuniyyətdən əvvəl ərizə yazaraq işdən çıxdığı bildirilir. İlham Nağıyevin ərizə yazaraq işdən çıxmasına səbəbin nazirlikdə baş verən olaylarlarla bağlı olduğu bildirilir.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaətlə Əlaqələr Sektorunun müdir müavini Cəsarət Valehov Bizimyol.info saytına açıqlamasında İlham Nağıyevin məzuniyyətdə olduğunu, onun işdən azad olunması haqda məlumatının olmadığını bildirib.
Qeyd edək ki, İlham Nağıyev peşəkar, yüksək təhsil səviyyəli gənc kadrlardan biridir. O, xaricdə oxuyub. İlham Nağıyev keçmiş MTN generalı, hazırda isə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin müavini Əli Nağıyevin oğludur.
Xatırladaq ki, Keçmiş milli təhlüksizlik nazirinin müavini postundan həmin qurumun o zamankı rəhbəri Eldar Mahmudovla fikir ayrılığı zəminində istefaya getmiş, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev keçmiş MTN rəhbərliyinin dövlətə, ölkə prezidentinə və milli maraqlara qarşı yönəlmiş fəaliyyətinin, həmin qurumdakı cinayətkar dəstənin ifşa olunmasında mühüm rol oynayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar