Xəbər lenti
Üç "jurnalist" həbs edilib - Lənkəranda YENİLƏNİB
Dələduzluq yolu ilə vətəndaşların pulunu və əmlakını mənimsədilər
"Report"un verdiyi xəbərə görə, biri qadın olmaqla üç nəfərdən ibarət dəstə üzvləri vətəndaşların polis şöbəsinə edilən şikayətləri nəticəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Şöbənin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Toğrul Hüseynovun bildirdiyinə görə, ilk şikayət 20 iyul 2016-cı il tarixində Parakənd sakini tərəfindən daxil olub.
"Şikayətçi ərizəsində bildirilir ki, tanımadığı üç nəfər, bir qadın və iki kişi olmaqla "Azsamand" markalı "90-TE-971" dövlət qeydiyyat nişanlı avtomobil ilə vətəndaşın yaşadığı ünvana gəlib. Onlar özlərini Bakı şəhərindən gələn hüquq-mühafizə orqanı əməkdaşları kimi təqdim ediblər. Onun baxıcılıq fəaliyyəti ilə məşğul olmasını qanunsuz hesab edərək, saxlanılmasını və onlarla getməli olduğunu bildiriblər. Kənd sakini (Məmmədov Şahvələd Səttar oğlu, - red.) onlarla getmək istəmədikdə "işinin qaydaya qoyulması" üçün vətəndaşdan 2 min 500 manat pul tələb ediblər. Son nəticədə vətəndaşın 500 manatını ələ keçirərək aradan çıxıblar.
Analoji hallar Kərgəlan, Şağlakücə kəndlərində də baş verib", - deyə Toğrul Hüseynov qeyd edib.
Avtobobil ələ verdi
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvlərinin hərəkət etdiyi "Azsamand" markalı avtomobil aşkar edilərək saxlanıldıqdan sonra, daha maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, avtomobili Şirvan şəhərində qeydiyyatda olan, 1978-ci il təvəllüdlü Yəhyayev Fariz Fazil oğlu idarə edib. O özünü "Xəbərfakt" informasiya portalının və "Presedent" ictimai-siyasi hüquq qəzetinin baş redaktoru kimi təqdim edib. Kəlbəcər şəhərində qeydiyyatda olan, Xırdalan şəhərində müvəqqəti məskunlaşmış, 1975-ci il təvəllüdlü Məmmədova İpək Yunus qızı özünü "Xəbərfakt" portalının və "Presedent" ictimai-siyasi hüquq qəzetinin redaktoru, Hacıqabul şəhərində qeydiyyatda olan, 1993-cü il təvəllüdlü Məmmədov İlkin Habil oğlu isə özünü həmin portalın xüsusi müxbiri kimi təqdim ediblər.
Əsas hədəfləri baxıcılar olub
Araşdırmalar nəticəsində məlum olub ki, İlkin Məmmədov müxtəlif vaxtlarda sakinlərdən informasiyalar toplayaraq dəstə üzvlərinə çatdırıb. Əsasən baxıcılıqla məşğul olan şəxsləri ifşa edəcəkləri ilə hədələyərək onların müxtəlif məbləğlərdə pul və digər əmlaklarını mənimsəyiblər.
Bundan başqa onlara məxsus əşyaların içərisində digər qonşu rayonların sakinlərinə aid müxtəlif arayışlar və sənədlər də aşkar edilərək maddi sübut kimi götürülüb.
Aydın olub ki, dəstə üzvləri vətəndaşların etibarından istifadə edərək aztəminatlı ailələrin sosial yardım almaları üçün köməklik göstərəcəklərinə vədlər veriblər.
Faktla bağlı zəruri tədbirlər davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar