Xəbər lenti
Mərhum jurnalistin bacısı: “Dövlətimizə güvənirəm və “Dövlətqaçqınkom”dan kömək gözləyirəm”
Manevr.az-ın məlimatına görə, Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqaliboğlunun bacısının yaşadığı ev yanıb kül olub. Xoşbəxtlikdən yanğın jurnalistin bacısı Sevinc Əliyeva evdə olmadığı vaxt baş verib.
Evin 25-30 min manatlıq dəyərli əşyalarla birlikdə yanıb kül olduğunu deyən Sevinc Əliyeva “Dövlətqaçqınkom”dan kömək istəyir.
Qeyd edək ki, Sevinc Əliyeva əslən Zəngilandan olan məcburi köçkündür.
Manevr.azın xəbərinə görə, mərhum jurnalistin bacısı modern.az saytına açıqlamasında bildirib ki, baş verən hadisəyə görə hazırda evsizdir və o, faktiki olaraq küçədə qalıb:
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan yardım istəyirəm. Mən dövlətimizə güvənirəm və “Dövlətqaçqınkom”un məni evlə təmin etməsini gözləyirəm”.
Qeyd edək ki, Sevinc Əliyeva 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Əliyeva valideynləri və qardaşı dünyasını dəyişəndən sonra həmin evdə tək qalırdı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar