Xəbər lenti
İlqar Məmmədov azadlığa buraxılır?

“REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub. Noyabrın 18-də baxılacaq prosesə Əli Seyfəliyev sədrlik edəcək.
Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən azadlığa buraxılması barədə qərar əldə edən İlqar Məmmmədov hələ də həbsdə saxlanılır. AİHM-in qərarının icra edilməməsi Avropa Şurasının Nazirlər Komitəsinin də gündəliyinə çıxarılıb. Dəfələrlə Avropa Şurasının baş katibi, həmçinin, Nazirlər Komitəsi səviyyəsində İlqar Məmmədovun hələ də həbsdə saxlanılması ilə narahatlıq ifadə olunub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hökumət İlqar Məmmədovla bağlı israrından daşınır və böyük ehtimalla Ali Məhkəmədə İlqar Məmmədov barəsində azadlıqdan məhrumetmə hökmü cəzanın başqa növü ilə əvəz ediləcək.
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. T. Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Hər iki şəxs “Amnesty İnternational” tərəfindən vicdan məhbusu kimi tanınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar