Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sarkisyan insan orqanlarının alveri ilə məşğul olur” - ölən əsgərin anası

Tarix: 05-10-2016 09:20     Baxış: 4475 A- / A+
“Sarkisyan insan orqanlarının alveri ilə məşğul olur”


Ermənistan silahlı qüvvələrinin əsgəri Artur Kazaryan 2010-cu il dekabrın 16-da Dağlıq Qarabağda, Hadrut rayonundakı 38401 saylı hərbi hissədə ölüb. Onu ölmüş vəziyyətdə Yerevandakı baş hərbi hospitala gətiriblər və anası İrina Kazaryana deyiblər ki, guya onun oğlu beynində qəfildən əmələ gələn şişdən ölüb.

Sonradan məlum olub ki, Kazaryanla birlikdə həmin hərbi hissədən hospitala daha 8 əsgərin meyiti gətirilib.

Kazaryanın ölüm faktı ilə bağlı guya istintaq aparan müstəntiq Sedrak Kazaryan 2011-ci ildə cinayət tərkibi olmadığını əsas gətirərək işin bağlanması haqda qərar qəbul edib.

Kazaryanın anası deyir ki, oğlunun meyitini yarmış ekspert Şota Vardanyan Arturun beynində heç bir şişin olmadığını bildirib və əlavə edib ki, onun boynunun arxasında küt alətlə yetirilən xəsarətin izi və yarası olub, hansı ki, beyinə qanaxmaya və sonda ölümə gətirib çıxarıb.

İrina Kazaryan deyir ki, o bunu dəqiqləşdirəndən sonra Ermənistan prezidentinə və baş prokuroruna, eləcə də İstintaq Komitəsinin başçısına təkrar istintaqın aparılması üçün müraciət edib. Ancaq onun bütün müraciətləri bu günədək cavabsız qalıb.

Baxmayaraq ki, Ermənistanda çoxları Hadrutda həlak olmuş o 9 nəfər əsgəri indi də xatırlayır, Müdafiə Nazirliyi bu faktı qəti şəkildə inkar edir: “Belə şey olmayıb, vəssalam!”.

Kazaryanın anasının sözlərinə görə, vəziyyət hətta o yerə çatıb ki, həmin hadisə ilə bağlı bütün xəbərlər və xatırlatmalar sosial şəbəkələrdən və KİV-dən yığışdırılıb.

Amma İrina Kazaryan o hadisələrlə bağlı bir neçə materialın nüsxəsini çıxararaq disklərə köçürüb saxlaya bilib. Məsələn, onda müxtəlif deputatların və ictimai xadimlərin ayrı-ayrı vaxtlarda həmin hadisə ilə bağlı olan qeydləri, çıxışları var. Keçən il o, həmin qeydlərlə hətta artıq keçmiş müdafiə naziri Seyran Ohanyanın qəbuluna da düşə bilmişdi. Onun sözlərinə görə, Ohanyan həmin materiallara baxdıqdan sonra deyib: “Onlar sadəcə olaraq nəyisə qarışdırıblar. Bizdə heç vaxt belə hadisə olmayıb”.

İrina Kazaryan sonradan ekspertdən onu da öyrənib ki, onun oğlunun bədənində boynunun arxasında ölümünə səbəb olan yaradan başqa digər xəsarətlər də olub. Belə ki, onun əl barmaqları sındırılıbmış. Ən dəhşətlisi isə odur ki, daxili orqanlarının bir neçəsi götürülübmüş.

Və budur, vəhşicəsinə öldürülmüş əsgərin anası bu gün İrəvanın “Respublika Meydanı”nda əlində oğlunun portretini tutaraq bəyan edir ki, Ermənistan ordusunun rəhbərliyi digər cinayətlərlə yanaşı, onun oğlu kimi özləri də bilmədən “donor” olanların orqanlarının satışı ilə də məşğul olurlar: “Və əgər Serj Sarkisyan orduya biznes, əsgərlərə isə məhsul-ət kimi baxırsa, buna təəccüblənmək lazım deyil”.

Vahan Martirosyan
Virtualaz.org-un xüsusi müxbiri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar