Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Papa Fransisk bu gün Azərbaycana səfər edəcək

Tarix: 02-10-2016 09:22     Baxış: 3447 A- / A+
Papa Fransisk bu gün Azərbaycana səfər edəcək

Bu gün Roma Papası Fransiskin Azərbaycana birgünlük səfəri baş tutacaq.

APA-nın xəbərinə görə, səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək.

Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.

Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.

Bundan başqa, Fransisk “Heydər Məscidi” və Şəhidlər Xiyabanına baş çəkəcək.

Roma Papasının Bakıya səfəri bu gün axşam başa çatacaq.

Qeyd edək ki, Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Roma Papası Fransiskin Azərbaycana səfəri Qafqaza ikinci apostol səfəri çərçivəsində baş tutur. Bundan əvvəl Fransisk Gürcüstanda iki günlük səfərdə olub. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi.

““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsi olaraq, qardaşlığa və dostluğa çağırılır” təlimindən ilhamlanıb”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, planlaşdırılan səfər Roma Papasının sayca 16-cı xarici səfəridir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar