Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İdrak” liseyi “İKT-dən tədris prosesində istifadə təcrübəsi”ni təqdim edib

Tarix: 07-02-2018 20:13     Baxış: 11 269 A- / A+
“İdrak” liseyi “İKT-dən tədris prosesində istifadə təcrübəsi”ni təqdim edib


Bu gün Binəqədi rayonundakı 276 nömrəli tam orta məktəbdə “İdrak” liseyi tərəfindən “İKT-dən tədris prosesində istifadə təcrübəsi” mövzusunda təqdimat mərasimi keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə 276 nömrəli tam orta məktəbin direktoru, Əməkdar Müəllim Bəhram Şiriyev tədbirin təşkilinə görə “İdrak” liseyinin rəhbərliyinə minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, “İdrak” liseyi tərəfindən özəl təhsil ocaqları ilə dövlət məktəbləri arasında qurulmuş əməkdaşlığın gələcəkdə də davam etdirilməsi vacibdir.

Qeyd edilib ki, müasir dövrdə təhsilin yenilənməsi, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçid günümüzün ən vacib tələblərindən biridir. Hazırda ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin yüksək səviyyədə təşkilinə nail olmaq üçün yeni təlim texnologiyalarından və resurslarından istifadə sahəsində ən qabaqcıl təhsil müəssisələrindən biri də “İdrak” liseyidir. Yarandığı ilk gündən daim yeniliklərə və müasirliyə doğru inamla addımlayaraq yüksək nailiyyətlər əldə edən “İdrak” liseyinin daha bir yeniliyi “Media dərs” layihəsidir.

“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov bildirib ki, yaşadığımız qloballaşma dövrü əldə olunan rəqəmsal informasiyanı biliyə çevirib həyati bacarıq və vərdişlərin formalaşmasına nail olmağı, “öyrənməyi öyrətmək” texnologiyasına yiyələnməyi, fəal təlim metodlarını, İKT-nin səmərəli tətbiqini tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ümumtəhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin tələb edilməsi çağırışı məhz bu kimi vəzifələrin praktik reallaşdırılması məqsədini hədəfləyib. Liseydə İKT vasitəsilə hazırlanmış bütün dərslər “ağıllı lövhə”lərdə yazılır və liseyin yaddaş bazasında saxlanılır. Hər bir şagird onlara verilmiş xüsusi kodlarla evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlər tərəfindən keçirilən dərslərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edir. “İdrak media dərsləri”ndən digər dövlət təhsil müəssisələrinin şagirdlərinin də istifadə etməsinə məmnuniyyətlə kömək göstəriləcək. Bu layihədən istifadə etmək respublikamızın ümumtəhsil məktəblərində təhsilin yeni pilləsinin formalaşmasına və inkişafına töhfəsini verəcək”, - deyə M.Alışov vurğulayıb.

Sonra “İdrak” liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramları üzrə dərs nümunələri və bir neçə “Media dərs” nümayiş etdiriblər. Həmçinin şagirdlərin bu dərslərdən istifadə etmələri ilə bağlı videoçarxlar göstərilib.

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov və başqaları bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, təhsil sahəsinə olan dövlət qayğısından danışıb, “İdrak” liseyinin hər zaman mütərəqqi təlim üsulları və qabaqcıl texnologiyaları ilə seçidliyini vurğulayıblar. Qeyd edilib ki, “İdrak” liseyi elektron təhsil sahəsində və qabaqcıl təcrübənin yayılmasında liderdir.

Daha sonra M.Alışova fəxri fərman təqdim edilib.
Sonda şagirdlərin ifasında şeir və musiqi nömrələri təqdim olunub.(azertac)

Manevr.az

“İdrak” liseyi “İKT-dən tədris prosesində istifadə təcrübəsi”ni təqdim edib
“İdrak” liseyi “İKT-dən tədris prosesində istifadə təcrübəsi”ni təqdim edib
“İdrak” liseyi “İKT-dən tədris prosesində istifadə təcrübəsi”ni təqdim edib
“İdrak” liseyi “İKT-dən tədris prosesində istifadə təcrübəsi”ni təqdim edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar