Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Haqq sözünü dediyi üçün ona cinayət işi açıblar...”

Tarix: 30-09-2016 14:36     Baxış: 4517 A- / A+
“Haqq sözünü dediyi üçün ona cinayət işi açıblar...”



Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Hollandiyada diaspor rəhbəri İlhan Aşkına qarşı ermənilərin şikayəti əsasında qaldırılmış cinayət işi məsələsi müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, iki il əvvəl mitinqdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı etiraz çıxışına görə ermənilərin sifarışı ilə polisə çağırılması Avropa kimi hüquqi məkanda olduqca ədalətsiz yanaşmadır. Deputat qeyd edib ki, bütün dünyadakı azərbaycanlılar, o cümlədən Azərbaycandakı hüquqşünaslar, vəkillər bu məsələdə diaspor liderimizə dəstək verməlidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, məsələ araşdırılıb, münasibət bildirilməlidir.

Deputat Fazil Mustafa da bildirib ki, diaspor rəhbəri Xocalı faciəsinə abidənin qoyulmasına dəstək verdiyi üçün ermənilərin qəzəbinə tuş gəlib: “Avropalılar gəlib bizə həbslərlə bağlı iradlar tutular. Amma görün özlərində nə baş verir? Haqq sözünü dediyi üçün bir insana cinayət işi qaldırırlar. Biz ona dəstək olmalıyıq”.

“Haqq sözünü dediyi üçün ona cinayət işi açıblar...”


Qeyd edək ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına Haaqa polisindən məktub daxil olub və oktyabrın 4-də onu polis şöbəsinə dəvət ediblər. Məktubda deyilir ki, onun bu il iyunun 13-də və 17-də milli zəmində qanunsuzluq etməsi ilə bağlı polisə şikayət olunub. Buna səbəb kimi Almelo şəhərində 2014-cü il iyunun 1-də keçirilən aksiyada “Qarabağ ermənilərə məzarı olacaq” ifadəsi ermənilər tərəfindən narazılıq yaradıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar