Xəbər lenti
Oljas Süleymenov Nazarbayevin Bakı səfəri və Qarabağ haqda

"Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulması türk dövlətləri arasında əlaqələri bir qədər qarışdırıb"
Bunu "Report"a açıqlamasında tanınmış qazaxıstanlı yazıçı və ictimai xadim Oljas Süleymenov türkdilli dövlətlər arasında mövcud əlaqələri şərh edərkən deyib.
Onun sözlərinə görə, bu insidentə qədər hər şey normal inkişaf edib: "Bu, sadəcə, iqtisadiyyata yox, həm də Rusiya ilə Türkiyə və beləliklə, digər türk dövlətləri arasındakı əlaqələr kimi incə məqamlara təsir etdi. İndi isə Suriyada müharibə, Şərqlə Qərbin mübarizəsi türk dünyasında qarşılıqlı münasibətləri mürəkkəbləşdirib".
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana gözlənilən səfərindən danışan O.Süleymenov bildirib ki, prezidentlər arasındakı söhbət əsasən Dağlıq Qarabağ məsələsinə aid olacaq. O, Qazaxıstan liderinin Dağlıq Qarabağ kimi münaqişə vəziyyətlərində sülhməramlı vasitəçi olmaq istədiyini vurğulayıb. "Bu görüşün nəticəsində hansısa irəliləyişin olacağına ümid edirəm", - deyə O.Süleymenov bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar