Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ziya Məmmədovun oğlunun daha bir şirkəti bağlandı

Tarix: 27-09-2016 17:25     Baxış: 3476 A- / A+
Ziya Məmmədovun oğlunun daha bir şirkəti bağlandı


Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən, “Qarant Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.

MBNP-nin mətbuat xidmətindən gununsesi.info-ya bildiriblər ki, “Qarant Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən ötən il dekabrın 25-də sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət daxil olub. Palata “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və palatanın nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, “Qarant Sığorta” ASC könüllü ləğvolunma prosesində olduğundan və şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədilə sığorta müqavilələrini (portfelini) qanunvericilik çərçivəsində “Paşa Sığorta” ASC-yə ötürüb. Bundan əlavə, Direktorlar Şurasının qərarı ilə “Qala Sığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilib.
Belə ki, bu il avqustun 15-də MBNP-yə “Qala Sığorta” ASC tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər nümayəndəliyinin açılması, həmçinin sığortaçının məcmu kapitalının məbləğinin onun tələb olunan kapitalının məbləğinə çatdırılması ilə bağlı sənədlər təqdim olunub. Palata cari ilin yanvar-avqust ayları üzrə “Qala Sığorta” ASC tərəfindən ümumilikdə 3,730,528 manat sığorta haqqı toplanmasını, eyni zamanda, şirkətin yığımlarının 50 faizdən çoxunun icbari sığorta növləri üzrə əldə edildiyini nəzərə alaraq sözügedən şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin verilməsini qərara alıb.

MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə Mirzəyev Bəhlul Vüqar oğluna sığorta brokeri fəaliyyətinə lisenziya verilib. Lisenziya adı qeyd olunan şəxs tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziyasının alınması ilə bağlı palataya daxil olmuş müraciətə əsasən, həmçinin qanunvericiliklə nəzərdə tutulan bütün zəruri sənədlərin təqdim edilməsini nəzərə alaraq verilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar