Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtın şəhərdaxili avtobusları Bakıda sərnişin daşıyır - qəribə hadisə - FOTOLAR

Tarix: 26-12-2017 16:59     Baxış: 2349 A- / A+
Sumqayıtın şəhərdaxili avtobusları Bakıda sərnişin daşıyır - qəribə hadisə

Bakının Novxanı qəsəbəsi-Zabrat dairəsi istiqamətində hərəkət edən 537 nömrəli avtobusun sürücüsü qaydaları kobud şəkildə pozur.

Bu barədə baku.ws-ə Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən avtobus sürücüləri və sərnişinlər şikayət ediblər.

Şikayətçilərin sözlərinə görə, 537 nömrəli avtobusun sürücüsü qanunsuz olaraq sərnişin daşıyır.

Şikayətçilər iddia edirlər ki, qeyd edilən avtobus əslində Sumqayıtda fəaliyyət göstərməlidir. Lakin 537 nömrəli avtobusların sürücüləri Sumqayıtdan kənara çıxaraq Bakıya gəlirlər, Novxanı və Zabratda sərnişinləri daşıyırlar.

Bu isə Novxanı-Zabrat istiqamətində fəaliyyət göstərən avtobus sürücülərinin necə deyərlər, çörək pulunun əllərindən çıxmasına səbəb olur.
Şikayətçilərin sözlərinə görə, Eldar adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 99 LA 878 olan "İveco Otoyol" markalı avtobusla fəaliyyət göstərir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. BNA-dan BAKU.WS-ə bildirildi ki, qeyd edilən avtobusun sürücüsü Eldar Aslanovdur və onun idarə etdiyi avtobus Süleymanov Fərhad Seyfəl oğlunun istismarında olan 537 nömrəli marşrut xəttinə aid nəqliyyat vasitəsidir.

"Marşrut xətti üzrə nəqliyyat vasitələri "8 saylı Sumqayıt Regional Nəqliyat" MMC tərəfindən verilən fərqlənmə nişanı əsasında fəaliyyət göstərir ki, bu da yalnız Sumqayıt şəhərinin inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmağa hüquq verir. Bu səbəbdən də həmin nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərməsi qeyri-qanunidir".

BNA-dan o da bildirildi ki, müəyyən edilən qeyri-qanuni halın aradan qaldırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən 537 nömrəli marşrut xəttinin daşıyıcısına, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "8 saylı Sumqayıt Regional Nəqliyat" MMC-ə xəbərdarlıq edilib.

"Buna baxmayaraq 537 nömrəli marşrut xətti üzrə avtobuslar paytaxtın inzibati ərazisində hələ də qanunsuz fəaliyyətini davam etdirir. Qeyd edilən marşrut xəttiniin qanunsuz fəaliyyətinin qarşısını alınması üçün Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Məlumat üçün bildirək ki, paytaxtın inzibati ərazisində marşrut xətlərinin müəyyən olunması və onlara Fərqlənmə nişanlarının verilməsi prosesini Bakı Nəqliyat Agentliyi həyata keçirir", - deyə BNA-dan bildirildi.

Manevr.az
Sumqayıtın şəhərdaxili avtobusları Bakıda sərnişin daşıyır - qəribə hadisə
Sumqayıtın şəhərdaxili avtobusları Bakıda sərnişin daşıyır - qəribə hadisə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar