Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin növbəti təxribatının qarşısı alındı

Tarix: 26-09-2016 09:42     Baxış: 2470 A- / A+
Ermənilərin növbəti təxribatının qarşısı alındı


Sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı qərargahında BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun nazirlər səviyyəsində illik iclası olub.

İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

Ölkəmizin xarici siyasət idarəsinin başçısı Azərbaycan cəmiyyətində birləşdirici rol oynayan multikulturalizm və tolerantlıq ənənələri, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən siyasəti, bu sahədə milli və beynəlxalq səviyyələrdə göstərilən səylər, həmçinin bu ilin aprelində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yekunları haqqında məlumat verib.

Müzakirələrin gedişində dövlətlərin əksəriyyəti Qlobal Forumun müvəffəqiyyətlə keçirilməsinə və onun əla təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildirib, həmçinin Forumda yekdilliklə qəbul olunmuş Bəyannamənin böyük əhəmiyyətə malik olmasını qeyd ediblər.

İclasda çıxış üçün söz almış Ermənistan nümayəndəsinin Bakı forumunun yekunlarını və Bəyannamənin konsensus xarakterini şübhə altına almaq cəhdləri iclas iştirakçılarının heyrətinə səbəb olub.

Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl- Nasir özünün əvvəl söylədiyi mövqeyi xatırladıb və Ermənistan nümayəndəsini siyasi motivli, Alyansın məqsəd və prinsipləri ilə uzlaşmayan bəyanatlardan çəkinməyə çağırıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşı cavab çıxışında qeyd edib ki, Ermənistanın belə bəyanatları açıq-aydın, Azərbaycana qarşı davam edən təcavüzdən, onun ərazilərinin işğal edilməsindən, kütləvi etnik təmizləmədən və beynəlxalq hüququn başqa kobud pozuntularından diqqəti yayındırmaq məqsədi güdür.

Vurğulanıb ki, Sivilizasiyalar Alyansının idealları və prinsipləri Ermənistana yabançıdır, Azərbaycandan və başqa qonşu dövlətlərdən fərqli olaraq, Ermənistan öz ərazisindən bütün qeyri-ermənilərin qovulması üçün onun rəhbərliyinin məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət nəticəsində unikal monoetnik ölkəyə çevrilib. Azərbaycan diplomatı qeyd edib ki, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər törədilməsi, terrorizmə sponsorluq etmək, şübhəli etnik-dini ideologiyaya tərəfdar olmaq və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürmək Ermənistan üçün davranış normasına çevrilib.

Sonda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşı Ermənistanın bundan sonra Sivilizasiyalar Alyansının Dostları Qrupunda olmasının məqsədəuyğunluğu haqqında məsələ qaldırıb.

İclasın gedişində və iclas başa çatandan sonra iştirakçıların çoxu Azərbaycanla həmrəy olduqlarını və onun Alyansın hədəflərinin irəliləyişi üzrə fəal səylərini dəstəklədiklərini bildirib.(azvision.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar