Xəbər lenti
Bakı əhalisinə verilən içməli suda bakteriya aşkarlandı

"Ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəcilərinə görə normaya uyğun olub".
Bunu mərkəzin baş direktorunun müavini Ağaxanım Əliyeva qurumun hesabat tədbirində deyib.
O bildirib ki, nümunələr nəticəsində bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma 3,7% olub.
Mərkəz rəsmisi qeyd edib ki, Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub: "Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub".report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar