Xəbər lenti
"Bu, dələduzluqla cinayət idi, səni bağışladım" - Məmməd Namazdan Əyyub Qiyasa DƏHŞƏTLİ sözlər
AYB-nin Sumqayıt bölməsində müəyyən söz-söhbətlərin olması barədə bir müddət əvvəl Manevr.az saytında yazı getmişdi. Buna etiraz edənlərdən biri də bölmənin üzvü Əyyub Qiyas olmuşdu. İndi isə məhz onun özü bu qalmaqalın mərkəzində olanlardan biridir.
Belə ki, tanınmış şair Məmməd Namazın şair Sabir Yusifoğlu barədə bildirdiyi fikirlərə Ə. Qiyas xoş olmayan cavab verib. M. Namazın cavabı isə çox sərt olub.
Məmməd Namazdan Əyyub Qiyasa ötəri cavab.
"Deyirlər ki, "keçinin ölümü gələndə çobanın çomağına sürtünər.
Əyyub Qiyas, qələm yoldaşımın təzə kitabı haqda yazdığım qeydlərimi “paxmel”, “iyrənmiş” adlandırmısan.
Əlli beş ildir şərabla tanışam, bir gün də olsun “paxmel”in nə olduğunu bilmirəm. Görünür onun nə olduğunu yaxşı bilirsən, Hacı.
Məni "paxmel"likdə ittiham edirsən, özün doğurdanmı içmirsən, Hacı?
Çəkidə sanballı kitabına paxıllığım və xəbərim olmadan mənim redaktor imzamı qoyub nəşr etdirməyin iyrənc deyilmi, Əyyub Qiyas? Bu, dələduzluq maddəsi ilə cinayət idi, səni bağışladım.
Bir vaxtlar ədəbi görüşlərin birində "Məmməd Namaz uşaqlığımızın klassikidi" deyən sən deyildinmi, Əyyub Qiyas?
Qaldı, barəmdə yazılan, "dillər əzbəri olan" şeirlərə, bütün tanınmışlar haqında belə şeirlər yazılıb, lətifələr qoşulub. Bu da bir xoşbəxtlikdi. Sənin haqqında danışılmadığı üçün yəqin için göynəyir.
Bir vaxtlar tanınmış şair, Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvanın işdən qovulması təşəbbüsü ilə imza toplama təbliğatı aparan, bu iyrənc əməlinlə bağlı qapıma gəlib imzamı alan sən deyildinmi, Əyyub Qiyas?
İyrənc hərəkətlərinə görə iki dəfə həbsdə yatan da sənsən.
Daha sonra...... hələlik bəsdir.
Məmməd Namaz".(Sumqayitfakt.Az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar