Xəbər lenti
"Rus Əhmədləri qandallayıb aparanda meydan Molla Sadıqlara qalır..."
Deməli tariximizin maraqlı dövrləri ilə bağlı hörmətli jurnalistlərimiz müraciət edirlər, mən də öz düşündüklərimi, mülahizələrimi açıq və əsaslandırılmış şəkildə bildirirəm. Digər tərəfdən gündəmə aid mövzularda da istənilən müraciəti geri çevirmirəm, anladıqlarımı, bildiklərimi insanlara çatdırmağa çalışıram.
Elə mövzular var ki, onun birmənalı qarşılanmayacağını mən də bilirəm. Ancaq bu o demək deyildir ki, kimlərinsə ürəyinə yatmayacaq deyə, öz millətim üçün zəruri olan gerçəkləri söyləməkdən çəkinməliyəm. Əslində mənim tarixlə, cəmiyyətimizlə bağlı fikirlərim Ağaoğlunun, Rəsulzadənin, Sabirin görüşlərinə tam uyğunluq təşkil edir, sadəcə onların qaragüruhun basqısı altında fikirlərini dolayı yolla söyləmək məcburiyyətində qaldıqlarını əsərləri ilə tanış olarkən dərhal semək olur. Bu zaman müzakirələrin açılmasının, əsk arqumentlərin səsləndirilməsinin, elmi diskussiyaların aparılmasının ancaq faydası ola bilər.
Bununla belə, bu müzakirəyə qoşulan bir qrup insan məqsədyönlü şəkildə şəxsimizi hədəf alaraq böhtan və təhqirləri işə salırlar. Bu adamlara layiq olduğu şəkildə cavab verəndə isə, dərhal yazırlar ki, siz millət vəkilisiniz, fikirlərinizi bəyənməyənlərə qarşı gərək bu cür reaksiya verməyəsiniz. Bu adamlar hələ də anlamırlar ki, burada mən millət vəkili statusuna sığınaraq yazı yazmıram, fikir bildirmirəm, hamı kimi bərabər şərtlərdə öz görüşlərimi paylaşıram. Qəbul etmirsən, razılaşmadığını bildir, etirazını mədəni üslubda yaz, tərbiyən yetərli deyilsə, fikirlərimizlə tanış olub, münasibət bildirmədən gedib bir bardaq su iç, ancaq özün kimi düşünməyə məni məcbur edə bilməzsən, vətənsevərliyin, millətsevərliyin nə olduğunu öyrədə bilməzsən, çünki əminəm ki, yazdıqlarımı anlayaraq oxusan, ömür yoluma qərəzsiz diqqət etsən, analarsan ki, bu millətə, bu dövlətə sevgimi imtahana çəkməyə kimsənin haqqın yoxdur.
Sözümün canı: Qaragüruhçuluqla fikirləri təkzib etməzlər, doğrulara inandıraraq nəyin yanlış olduğunu elm və məntiqlə qəbul etdirərlər. Azərbaycanın tarixən yaşadığı sıxıntıların başında gələn gerçəklik budur: Rus Əhmədləri qandallayıb aparanda, meydan Molla Sadıqlara qalır. Onun isə öyrətdiiyi ey zəbər e, bey zəbər be-dən başqası olmayacaq. Bir də meyxana. Ardınca da Şeyx Nəsrullahın ölü diriltdiyi Azərbaycanımız. Yəni indi bir qrup insanın əzbərlədiyi mətnlər də birbaşa Molla Sadığın mətnləridir. Bəlkə Allahın rəhmi gələ, Rus Əhmədin qapısını aça, yoxsa qafamızda yüz il öncəkindən fərqli bir şeylər olmayacaq.
Fazil Mustafa, BQP başqanı, millət vəkili(Moderator.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar