Sizin Reklam Burada
Xəbər lenti
03-11-2026
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

Şort geyinən qadını döyən kişi həbs edilib

Tarix: 20-09-2016 20:46     Baxış: 2551 A- / A+
Şort geyinən qadını döyən kişi həbs edilib


Türkiyədə məhkəmə qadını geyiminə görə döyən 35 yaşlı kişinin həbsinə qərar verib.

Hadisə sentyabrın 12-də olub. Avtobusda kişi şort geydiyinə görə qadının üzünə zərbə endirib.

Manevr.az-ın məlumatına görə, qadını vuran şəxs hüquq mühafizə orqanlarına ifadəsində xarici görünüşü xoşuna gəlməyən adamları döydüyünü deyib: “Dövlət bu cür geyinənləri cəzalandırmalıdır”.

Qadını geyiminə görə vuran şəxs fikir azadlığına dözümsüzlük nümayiş etdirməkdə və vətəndaş hüququnu pozmaqda təqsirli bilinir.

Ötən həftə hüquq mühafizə orqanları onu tutmuş, amma sonradan buraxmışdı. Kişinin buraxılması böyük rezonans doğurmuş, etiraz aksiyalarına səbəb olmuşdu.

Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Betül Sayam Kaya da kişinin qadına hücumunu pisləyib.

Hüquq-mühafizə orqanları həmin şəxsin psixi problemləri olduğunu və müalicə kursu keçdiyini bildirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar