Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Bosniyaya 1 milyard avro sərmayə yatırmaq istəyir

Tarix: 19-09-2016 21:56     Baxış: 2434 A- / A+
Azərbaycan Bosniyaya 1 milyard avro sərmayə yatırmaq istəyir


Azərbaycan Bosniya və Herseqovinanın infrastrukturuna sərmayə yatırımlarında maraqlıdır.

Virtualaz.org “klix.ba” portalına istinadən xəbər verir ki, “Ən yaxşı gələcək naminə ittifaq” partiyasının lideri Faxrudin Radonçiçin, energetika, dağ-mədən sənayesi və sənaye naziri Nərmin Dzindiçin, Serbiya, Monteneqro və Bosniyada Azərbaycanın səfiri Eldar Həsənovun və “AzVirt” şirkəıtinin nümayəndəsi Murat Türkoğlunun görüşündə bu barəıdə danışılıb.

Radonçiçin sözlərinə görə, Bosniya hakimiyyəti infrastruktur sektorunda beynəlxalq layihələrin yaradılmasında çox maraqlıdır. O qeyd edib ki, yaxın iki il ərzində Bosniya regionda ən iri tikinti meydançasına çevrilməyi nəzərdə tutur.

İlk növbədə söhbət avtomagistralların və tunellərin tikintisindən gedir. Radonçiç qeyd edib ki, yerli hakimiyyət bu layihələrin tezliklə başlanmasını istəyir, fəqət bunların dəyəri yüz milyonlarla ölçülür.

Həmçinin Azərbaycan tərəfinin maraqlandığı energetika layihələrinə sərmayə qoyuluşları müzakirə edilib.

Eldar Həsənov Radonçiç və Dzindiçi məlumatlandırıb ki, Azərbaycan Bosniya və Herseqovinaya maliyyələışdirmənin bir neçə modeli yolu və obyektlərin tikintisində yerli işçi qüvvənin ən azı 90 faiz təşkil etməsi şərti ilə 1 milyard avro investisiya qoymağa hazırdır.

Həmçinin “AzVirt” və Bisniyanın “Elektroprivreda” şirkəti arasında energetika sektorunda gələcək əməkdaşlıq məsələlərini əhatə edən anlaşma memorandumu imzalanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar