Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu həkimlər həkimlik adından məhrum ediləcək - YENİ QADAĞA

Tarix: 25-10-2017 10:29     Baxış: 6432 A- / A+
Bu həkimlər həkimlik adından məhrum ediləcək
“Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək”.
Manevr.az-ın məlumatına görə, bunu movqe.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.

Deputatın sözlərinə görə, son illər selektiv abortların sayı əvvəlki illərlə müqayisədə azalsa da, hələ də dölün cinsinə görə abort hallarına rast gəlinir. M.Quliyev deyir ki, dölün ana bətnində cinsinə görə məhv edilməsi, doğulan qız uşaqları ilə oğlanlar arasında balansın pozulmasına gətirib çıxardır.

Deputat selektiv abortların qarşısının alınmasının yalnız inzibati, hüquqi qaydada qadağalarla aradan qaldırılmasının mümkünsüz olduğunu bildirib: “Burada mədəniyyətin yüksəlməsi, maarifləndirmənin artması, təbliğatın aparılması çox vacibdir. Cəmiyyətdə bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Çünki həkimi də selektiv aborta məcbur edən valideynlərdir. Valideynlər arasında maarifləndirmə işi genişləndirilməlidir ki, gəlib həkimləri bu işə sövq etməsinlər. Digər bir yol isə selektiv abort edən həkimlərin cəzalandırılması məsələsidir. Düşünürük ki, selektiv abort edən ginekoloqların həkimlik adından, həkimlik peşəsindən məhrum edilməsi onlar üçün ən böyük cəzadır. Ona görə də selektiv aborta yol verən ginekoloqların həkimlik adından məhrum edilməsi məsələsini "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə salmışıq. İnanmırıq ki, hansısa həkim illərlə çəkdiyi zəhməti riskə atıb bu cür qanunsuz əmələ cəhd edə. Yəqin ki, ilin sonunadək bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Deputat onu da əlavə edib ki, qanun layihəsində selektiv abortlarla bağlı qadağalar xarici ekspertlərin də təəccübünə səbəb olub: “Avropa ölkələrində ümumiyyətlə, doğulacaq uşağın oğlan və ya qız olacağını düşünmürlər. Ona görə də bizdə dölün cinsinə görə ana bətnində məhv edilməsi onlarda təəccüb doğurur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar