Xəbər lenti
Jurnalistin 7 aydı komada olan atası əməliyyat olunacaq

Tanınmış jurnalist İmdad Əlizadənin 7 aydır komada olan atası yazıçı-publisist, müəllim Əli Əliyev sabah ağır beyin əməliyyatı keçirəcək. Bu barədə jurnalist özü məlumat verib:
“Yeddi aydı komada olan atamı sentyabrın 15-də böyük ümidlə Avrasiya xəstəxanasına köçürdük. Bu müddət ərzində atama qulluq edən, sağalması üçün əlindən gələni əsirgəməyən Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə, həkimlərinə, tibb bacılarına və bütün kollektivinə təşəkkür edirəm, həkimlərinə minnətdaram. Allah hər birindən razı olsun.
Bu gün Avrasiya xəstəxanasında həkimlərin ümumi müzakirəsi olub və atamı əməliyyat etməyə qərar veriblər. Əməliyyat bu günə nəzərdə tutulsa da bəzi səbəblərdən sabaha saxlanıldı. Sabah atam ağır beyin əməliyyatı keçirəcək.
Ümid edirəm ki, doktor Əli Musayev atamın dərdinə çarə tapacaq və şəfalı əlləri atama kömək olacaq”.
Qeyd edək ki, 1993-cü ildə Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalmış Əli Əliyevi bu ilin fevral ayının 14-də “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən avtomobil vurmuşdu. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev həmin vaxtdan komadadır.(moderator.az)

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar