Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Anarın bəzi addımları düşüncə etibarı ilə heç də diktatordan fərqlənmir" - İttiham

Tarix: 15-09-2016 21:33     Baxış: 4476 A- / A+
"O, özünü Azərbaycan xalqına borclu yox, əksini, bu xalqın ona borclu olduğunu düşünür"

"Anarın bəzi addımları düşüncə etibarı ilə heç də diktatordan fərqlənmir"


Tanınmış hüquqşunas Aslan İsmayılov şair Rüstəm Behrudi ilə AYB arasında baş verən qalmaqala münasibət bildirib.

Manevr.az A. İsmayılovun fikirlərini təqdim edir:


"Zənnimcə belə halda deyirlər - sözün bitdiyi an. Yazıçı Anar və Fikrət Qoca Rüstəm Behrudini bacardıqları qədər aşağılamaq istəyiblər. Ancaq tam tərsi alınıb. Məni kimi çoxlarının da Yazıçılar Birliyi haqqında tənqidi fikir səsləndirməməklərinin səbəbi Rüstəm Behrudi, Ramiz Rövşənin və Çingiz Abdullayevin adlarının orada olması idi. Onsuz da sonuncu seçkilərdən sonra tənqidlərinə cavab verdiyim bir çox gənc yazarlar Anarın yenidən seçilməsini onlara izah etməyimi soruşanda cavab verə bilməmişdim. Çünki bu addımı əsaslandırmağa heç vəkil məharəti də çatmaz. Başa düşdüyüm qədər Anar ömürlük sədr vəzifəsini artıq təmin edib.

Bundan sonra bu kimi şəxslərin hansısa yenilənmədən, dəyişiklərdən danışmağa haqqı yoxdur, zatən Anar heç vaxt bunu istəməmişdi. Onun bəzi addımları düşüncə etibarı ilə heç də diktatordan fərqlənmir. Əminəm, Anar da səmimi hesab edir ki, əgər o, olmazsa Azərbaycan mədəniyyatı, ədəbiyyatı məhv olar və o, özünü Azərbaycan xalqına borclu yox, əksini, bu xalqın ona borclu olduğunu düşünür. Bu gün artıq mənim üçün vəkillik institutunu məhv etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Yazıçılar Birliyi arasında heç bir fərq yoxdur. Hər ikisi eyni funksiyanı məharətlə yerinə yetirir. Hakimiyyəti mədh etmək, bunun əvəzində şəxsi problemlərini həll etmək, ictimai maraq güdənləri bacardıqca məhv etmək. Ramiz Rövşənin özü qədər böyük səbri olduğundan onun barəsində demirəm. Eyni cür də yazıçı Çingiz Abdullayev haqqında düşünürəm. Rüstəm Behrudi və bütövlükdə Yazıçılar Birliyini müqayisə edəndə mən nə görürəm? Rüstəm Behrudinin tək "Salam dar ağacı" şeri dünyada bütövlükdə Yazıçılar Birliyinin bu günkü üzvlərinin yaradıcılığından çox tanınır və sevilir.

Rüstəm Behrudinin yazdığı dərin fəlsəfi yükə malik onlarca yazısından birini də YB üzvlərinin qələmində görməmişəm. Rüstəm Behrudinin tək 1996-cı ildə rəhmətlik Heydər Əliyevlə görüşdə mədəniyyətimizin və onun nümayəndələrinin problemlərindən dediklərinin cüzi bir hissəsini nə Anardan, nədə ki, başqa üzvlərdən eşitməmişəm. Rüstəm Behrudinin ziyalı, ictimai mövqeyinin bir misqalı belə bütövlükdə Yazıçılar Birliyində yoxdur. Gəncliyindən hakimiyyət tərəfindən bəslənmişlər heç vaxt xalq haqqında düşünə də bilməzlər. Bunların düşüncəsi tək yaradılmış şəraitin itirilməməsidir. Gələcəyi itirilən Millət bunlar üçün maraqlı deyil, çünki bir daha təkrar edirəm, bunlar özlərini millətə yox, millətin bunlara borclu olduğunu düşünürlər. Bunlar, məhz buna görə bütün varlıqları ilə Sovetdən qalma fəxri adların qorunmalarını istəyirlər. Onlar Ramiz Rövşən, Çingiz Abdullayev, ola bilsin yenə bir iki tanımadığımı xaric hakimiyyətin dəstəyi olmasa heç kim olduqlarını gözəl bilirlər. Sonda bu günə qədər nə üçün bunları müdafiə etdiklərimi soruşanlara cavabım o idi ki, bacardığım qədər bu insanlarda ictimai öhdəlik hisslərini oyatmaq idi. Anladığım isə o oldu ki, bunlar yatmırlar, sadəcə özlərini yatmışlığa vurublar."

Aslan İsmayılov, tanınmış hüquqşünas (politika.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar