Xəbər lenti
"Mətanət İsgəndərli Çovdarovla əlbir olub" - ŞOK İDDİA
Müğənni Mətanət İsgəndərli "MTN işi" ilə bağlı ifadə verə bilər
Politika.az saytının yazdığına görə, sənətçinin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi gözlənilir.
Buna səbəb ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahirlə Mətanətin münasibətlərinə görə Çovdarovun pul tələb etməsi ola bilər.
Eyni zamanda Mahirin oğurlanmasının təşkilində Mətanətin rolunun olduğu iddia edilir. Bu ittihamları Mahirin qardaşı açıqlamalarında səsləndirib.
Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk Vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. Çovdarov Abdullayevə 300 min dollar borclu qalıb.
Mətanət İsgəndərli Çovdarovla əlbir olub
E.Abdullayevin açıqlamasına görə, Çovdarovun Mahirdən Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərli ilə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir.
E.Abdullayev yuxarıda sadalanların müqabilində qardaşını bir neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını və nəhayətdə, “Akif Çovdarov qardaşımı müğənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003 ildə Bakı şəhərində şəxsən paqonlu bandasının əli ilə oğurladıb”.
E.Abdullayev qardaşının oğurlanmasında iştirak edən milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və cinayət ortağı Qulu Cəfəro, Rövşanə və digərlərinin adını da çəkib.
Belə olduğu halda sabiq rektorun ifadələri məhkəmə üçün əsas ola bilər. Çovdarovun məhkəməsində tanınmış müğənninin iştirak edəcəyi istisna edilmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar