Xəbər lenti
Test imtahanları ləğv ediləcək? - MİKAYIL CABBAROVDAN AÇIQLAMA
“Azərbaycanda 2 ildən sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib”.
Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasnda bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil eksertlərinin iştirakı ilə işçi görüş təşkil olunub. Onun sözlərinə görə, ictimaiyyət bu prosesin mərhələlərindən müvafiq olaraq məlumat alacaq.
Nazir qeyd edibki, nəticə etibarı ilə təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq: “2 ildən sonra qəbul və buraxılış imtahanlarına yeni formatda keçirilməsi ilə bağlı hazırda görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə gördüyü işdir. Bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmun proqraının-kurikulum tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda, layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir”.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar