Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın müdafiə naziri bu şəxs ola bilər - əslən Azərbaycanlıdır

Tarix: 08-09-2016 15:17     Baxış: 3482 A- / A+
Ermənistanın müdafiə naziri bu şəxs ola bilər

Ermənistanın yeni Müdafiə naziri Vitali Balasanyan ola bilər.

Bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Müdafiə naziri Seyran Ohanyanın istefaya gedəcəyini açıqlayıb. Mətbuat Ohanyanın yerinə əsas namizədlərdən birinin Ermənistan polisinin rəhbəri Vladimir Qasparyanın olacağını bildirib.

Balasanyan 1959-cu ildə Azərbaycanın Əsgəran rayonunda dünyaya gəlib. O, Qarabağ döyüşlərinin aktiv iştirakçısı olub. Əsgəran, Ağdam və Horadiz istiqamətlərində döyüşüb. Müharibədən sonra qondarma Dağlıq Qarabağda “müdafiə nazirinin müavini” kimi çalışıb.

Ermənistanda 2000-ci ildən bu yana müdafiə naziri vəzifəsini əslən Azərbaycandan olan şəxslər icra edirlər. 2000-2007-ci illərdə bu vəzifəni Serj Sərkisyan (əslən Xankəndidəndir – red.), 2007-2008-ci illərdə Mikayel Arutyunyan (əslən Şamaxıdandır – red.) bu vəzifəni daşıyıb. 2008-ci ildən bu günə kimi nazir olan Seyran Ohanyan da əslən Şuşadandır. (axar.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar