Sizin Reklam Burada
Xəbər lenti
24-11-2026
23-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bütöv bir eli hədəf almaq təhlil yox, qərəzdir: Borçalıya qarşı qeyri-etik ritorikaya etiraz!

Tarix: 24-11-2026 14:40     Baxış: 295 A- / A+

"Borçalı" İctimai Birliyinin BƏYANATI

  

Özünü politoloq adlandıran Mübariz Əhmədoğlunun son günlərdə mediada və sosial platformalarda Gürcüstanda (Borçalıda) yaşayan soydaşlarımızla bağlı səsləndirdiyi təhqiramiz fikirlər bütövlükdə Azərbaycan cəmiyyətində və Borçalı icmasında haqlı narazılıq doğurub.

Mübariz Əhmədoğlu bölgədəki dini-siyasi prosesləri, İranın regional təsir cəhdlərini və "Xomeynilik" ideologiyasının təbliğatını bəhanə edərək, tarixi Borçalı mahalının qədirbilən, fədakar insanlarının ünvanına aşağılayıcı ifadələr işlədib. Onun xüsusilə “Ar olsun Borçalıda yaşayan kişilərə” formulu ilə çıxış etməsi, bütöv bir regionun əhalisini hədəf alması milli həmrəyliyimizə və ictimai etika qaydalarına ziddir.

Mətbuatda və ictimai rəydə müzakirəyə səbəb olan bu məsələ ilə bağlı bir sıra fundamental məqamları vurğulamağı borc bilirik:

Borçalı mahalı Azərbaycan dövlətçiliyinə, milli mədəniyyətimizə hər zaman sadiq olan cəsur övladlar yetişdirib. I və II Qarabağ müharibələrində, eləcə də Vətən müharibəsindən sonrakı dövrdə Borçalının onlarla qəhrəman övladı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş, şəhidlik zirvəsinə ucalmışdır. Bu fədakarlığın qarşısında hər hansı bir şəxsin Borçalı insanının qeyrətini və şərəfini sorğulamağa mənəvi haqqı yoxdur.

Gürcüstandakı soydaşlarımızın milli kimliyinin qorunması, təhsil, sosial və inteqrasiya problemləri ilə bağlı indiyədək heç bir konstruktiv təklif irəli sürməyən bir şəxsin, indi regionu yalnız qınaq obyekti etməsi qərəzlilik nümunəsidir. Xüsusilə son 7 ilə yaxın müddətdə Azərbaycanla quru sərhədlərinin bağlı olmasının yaratdığı regional təcrid və xarici dini-siyasi ideologiyaların təbliğat riskləri fonunda soydaşlarımıza mənəvi dəstək olmaq əvəzinə, onları ittiham etmək kor-koranə, qərəzli yanaşmadır.

Regionda mövcud olan siyasi və ya dini təsirləri təhlil etmək sağlam analitik təfəkkür, akademik etika və korrektiv leksika tələb edir. Təhqir, aşağılama və ümumiləşdirmə heç bir halda siyasi təhlil sayıla bilməz və sağlam ictimai dialoqa xidmət etmir.

Biz, Mübariz Əhmədoğlunun Borçalı icmasına yönəlik qeyri-etik çıxışını qətiyyətlə pisləyirik. Heç bir şəxsin öz subyektiv mülahizələrinə və ya siyasi ambisiyalarına görə bütöv bir eli hədəf seçməyə ixtiyarı yoxdur.

Səsləndirilən bütün bu əsassız və təhqiramiz ifadələrə görə, Mübariz Əhmədoğlundan Borçalı əhlindən və bütövlükdə Azərbaycan ictimaiyyətindən rəsmi şəkildə üzr istəməyi tələb edir, bu cür həssas məsələlərdə vətəndaş mövqeyi sərgiləməyə çağırırıq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar