Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Yer kürəsində maqnit qasırğası şiddətləndi

Tarix: 01-11-2026 10:04     Baxış: 340 A- / A+

Manevr.az xəbər vverir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun (İSFZ SO RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin məlumatına görə, G2 səviyyəli maqnit qasırğası bir saatdan az əvvəl başlayıb. Alimlər hadisələrin bu cür inkişafını gözlənilməz adlandırıblar.
Laboratoriyada ehtimal ediblər ki, Günəşdəki tac dəliyindən gələn plazma ilə bir sutkadan çox davam edən qarşılıqlı təsirdən sonra maqnitosfer zəifləmiş ola bilər.
Maqnit qasırğası fonunda Rusiyada ən yüksək intensivlik səviyyəsinə malik qütb parıltıları müşahidə olunmağa başlayıb. Alimlər bu təbiət hadisəsinin intensivliyini 10 ballıq şkala üzrə 10 balla qiymətləndiriblər.
Oktyabrın 29-da Günəşdə ölçüsü təxminən 500 min kilometr olan iri protuberansın atılması qeydə alınıb. Hadisə eyni vaxtda bir neçə kosmik teleskopun müşahidə sahəsinə düşüb.
Alimlərin qeyd etdiyinə görə, bu halda protuberans Yerə doğru deyil, daha çox yan istiqamətə hərəkət edib. Görünür, onun trayektoriyası üzərində yaxın planetlərdən yalnız Mars olacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar