Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən danışdı

Tarix: 30-09-2026 20:02     Baxış: 430 A- / A+



İsrailin Baş naziri Benyamin Netanyahu "Flydubai" aviaşirkətinin göyərtəsində tərəf-müqabilinə bıçaqla hücum edən pilotun həbs olunduğunu və hazırda Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən dindirildiyini bildirib.
Manevr.az xəbər verir ki, Netanyahu İsrailin sərnişinlərin təhlükəsizliyini və ölkəyə salamat qayıtmasını təmin etmək üçün aidiyyəti qurumlarla daimi təmasda olduğunu vurğulayıb.
Baş nazir ekipaj üzvlərindən biri ilə birlikdə pilot kabinəsinə daxil olmağı bacaran və təyyarənin sistemlərini sıradan çıxarmağa çalışan hücumçunu zərərsizləşdirən israilli sərnişinlərdən biri ilə danışdığını diqqətə çatdırıb:
"Bütün sərnişinlər təhlükəsizlikdədir. Bıçaqla hücum edən pilot həbs edilib və hazırda Səudiyyə hakimiyyəti tərəfindən dindirilir. Biz vəziyyəti daim qiymətləndiririk və hadisələrin inkişafı barədə məlumat verəcəyik".
Xatırladaq ki, Dubaydan Təl-Əvivə uçan və göyərtəsində 150-dən çox sərnişinin olduğu layner Səudiyyə Ərəbistanının qərbindəki Təbuk şəhərində təcili eniş edib. Məlumata görə, pilotlar arasında baş verən əlbəyaxa dava zamanı ikinci pilot həmkarını bıçaqlayıb. İlk olaraq münaqişə tərəflərinin ukraynalı pilot və rusiyalı gəmi kapitanı olduğu bildirilsə də, sonradan KİV pilotların Oman və BƏƏ vətəndaşları olduğunu açıqlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar